Binəqədinin bu ərazilərində yaşayanlara ŞAD XƏBƏR: ilin birinci yarısında…

0
bineqedi-kendi-binegedi-kend-bineqedi-qedim-bineqedi

Yaxın vaxtlarda Bakının 3 qəsəbəsində internet sürətindən əziyyət çəkənlərin bu problemi aradan qalxacaq.
“Baktelecom” tərəfindən hazırda Binəqədi kəndində və Biləcəri qəsəbəsində “Evədək optika” layihəsi çərçivəsində müasir telekommunikasiya xətlərinin çəkilişi sürətləndirilib. 

Bineqedi.info xəbər verir ki, barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd edilib ki, artıq sözügedən ərazilərin optik şəbəkə istismara buraxılan hissələrində sakinlərə genişzolaqlı xidmətlər təqdim edilir:
“Ümumilikdə Binəqədi və Biləcəri qəsəbələri üzrə 40 000 nömrə tutumlu optik infrastrukturun mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.

2022-ci ilin birinci yarısında M.Ə.Rəsulzadə qəsəbəsində zəruri stansiya avadanlıqlarının quraşdırılmasına və müasir standartlara cavab verən kabellərin çəkilişinə başlanılacaq. Telekommunikasiya infrastukturu tam inşa edildikdən sonra sakinlərin bir xətt üzərindən telefon, internet və televiziya xidmətləri ilə təminatı həyata keçiriləcək” – cavabda bildirilib.