Binəqədidə xanımın törətdiyi qəza avtomobillərə ciddi ziyan vurub – VİDEO

0
qeza-dyp-bineqedi

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Ford” markalı avtomobilin xanım sürücüsü yol nişanı tələblərinə riayət etməyərək dairədə olan “Toyota” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.