“Haber Global” İlham Əliyevin ad günü münasibətilə sənədli film hazırlayıb – VİDEO

0
prezident-ilham-eliyev-mehriban-eliyeva

Türkiyənin nüfuzlu “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə sənədli film hazırlayıb.

“Bir Baş Komandanın hekayəsi” adlanan filmdə bölgə tarixində baş verən önəmli hadisələrə 100 il öncədən başlayaraq nəzər salınıb.

Ekran əsərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətləri qeyd olunub.

Həmçinin, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsi və daha da dirçəlməsinin məhz onun davamçısı İlham Əliyevin adıyla bağlı olduğu vurğulanıb.

Filmdə, diplomat və prezident kimi İlham Əliyevin ölkəsini beynəlxalq müstəvidə uğurla təmsil etməsi və bunun nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çevik fəaliyyəti qeyd edilib.

Qeyd edək ki, filmdə Ali Baş Komandanın rəhbərliyilə ordumuzun 44 günlük Vətən müharibəsində qələbə qazanması və torpaqlarımızı işğaldan azad etməsinə xüsusi yer verilib.