Binəqədidə həyətyanı sahələrdən su sayğacları oğurlayan şəxs tutulub

0
bineqedi-rayon-polis-bolmesi

Binəqədi rayonunda 10 həyətyanı sahədən su sayğacları oğurlanıb.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 10 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X. Xəlilov saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

Bineqedi.info