Binəqədidə “Könüllülük Akademiyası 5” layihəsinin bağlanış mərhələsi keçirilib – FOTOLAR

0
bineqedi-konulluluk-akademiyasi
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Könüllülük Akademiyası 5” layihəsinin bağlanış mərhələsi keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə 2 ay müddətində Binəqədi Gənclər Evində davam etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan mərasimdə, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış nitqi ilə çıxış edən layihənin koordinatoru Xumar Dadaşzadə layihənin mahiyyəti və nəticələri haqqında rəsmilərə və iştirakçılara məlumat verdi.
Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müavini İndira Hacıyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəsifə səlahiyyətlərini müvəqqəti icra edən Zeynal Rəşidli çıxış etdi.
Layihə barəsində təəssüratlarını bölüşmək üçün komanda rəhbərlərindən biri olan Şahin Dadaşov və layihənin fəal könüllüləri İranə Paşayeva və Qəhrəman Qəhrəmanov çıxış etdi.
Tədbirin rəsmi hissəsindən sonra mükafatlandırma mərasimi keçirildi. Mükafatlandırma mərasimində “Könüllülük Akademiyası 5” layihəsinin məzunları, “Aktiv üzvləri” və “Könüllülük həftəsinin qalibləri” mükafatlandırıldı.
Mükafatlandırma mərasimindən sonra qonaqlara layihənin hesabat videosu təqdim edildi.
Bineqedi.info
Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir
Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir
Bir 2 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 9 kişi, oturan insanlar, ayakta duran insanlar, takım elbise ve iç mekan görseli olabilir
Bir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir