YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

0
yap-bineqedi-aqti-qida-tehlukesizliyi-institutu

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, S.S.Axundov 72 c ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Bineqedi.info saytına verilən məlumatına görə, yığıncağın gündəliyində iki məsələ – ərazi ilk partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabatı, ərazi partiya təşkilatının sədrinin və sədr müavininin seçilməsi məsələləri geniş müzakirə olunub.

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatının sədri, Qida Təhlükəsizliyi İnstitutunun böyük hüquqşünası Aqil Sərdarov VI Qurultaydan ötən müddət ərzində ərazi partiya təşkilatının fəaliyyətindən və keçirilən tədbirlərdən bəhs edib.

Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanıb.

Ərazi partiya təşkilatının üzvləri Xumar Məmmədbağırova və Arif Əliyev çıxış edərək hesabat məruzəsi ilə bağlı fikirlərini bildiriblər.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib, partiya üzvləri ərazi partiya təşkilatının VI qurultaydan ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Yığıncağın gedişatında təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Aqil Sərdarov ərazi ilk partiya təşkilatının sədri, Arif Əliyev isə sədr müavini seçiliblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildiriblər.

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiya üzvlərini salamlayıb.

Cari ilin mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı, qurultayda qəbul edilmiş yeni Nizamnaməsi, partiyanın və rayon təşkilatlarının strukturu haqqında ətraflı məlumat verib.

Vüsar İsmayılov, həmçinin rayon təşkilatının fəaliyyətindən söhbət açdı, qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşdü. Ərazi partiya təşkilatına tapşırıq və tövsiyyələrini verib.

Bineqedi.info