YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

0
elmin-zamanli-vusar-ismayilov-yap-bineqedi
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının M. Ə. Rəsulzadə qəsəbəsi, Ə. Məmmədov küçəsi 10 ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.
Bineqedi.info saytı xəbər verir ki, iclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, partiyanın 5 mart 2021-ci il tarixində keçirilən VII Qurultayında çox mühüm qərarlar qəbul edilib.
Partiyanın yeni Nizamnaməsi və Proqramı qəbul edilib, Gənclər Birliyinin və yerli təşkilatlarının müvafiq əsasnamələri təsdiqləndi, struktur islahatları həyata keçirilib.
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Partiyada aparılan məqsədyönlü islahatlardan bəhs edən Vüsar İsmayılov, eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikirlərini bildirdi. 44 günlük Vətən müharibəsində qazanılan zəfəri misli görünməmiş tarixi hadisə adlandırdı. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığının və rəşadətinin bütün dünya üçün əsl nümunə olduğunu diqqətə çatdırdı. Çıxışının sonunda ərazi partiya təşkilatının fəaliyyətini toxunaraq, görülən işlər və qarşıdakı perspektivlər barədə fikirlərini bölüşdü, müvafiq tapşırıq və tövsiyyələrini verdi. Çıxışının sonunda rayon təşkilatının fəaliyyətindən söhbət açaraq bütün partiya üzvlərini partiyanın fəaliyyətində yaxından iştirak etməyə və yüksək fəallıq göstəməyə çağırdı.
Daha sonra çıxış edən ərazi partiya təşkilatının sədri Elmin Zamanov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Gündəlik təsdiq olunduqdan sonra ərazi partiya təşkilatının sədri Elmin Zamanov təşkilatın partiyanın VI qurultayından ötən müddət ərzindəki fəaliyyəti barədə hesabatını təqdim etdi. O, görülən işlər haqqında ətraflı məlumat verərək ötən illər ərzində təşkilatın səmərəli fəaliyyətindən bəhs etdi.
Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparıldı və hesabat məruzəsi qənaətbəxş hesab edildi.
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir
Yığıncaqda həmçinin təşkilati məsələlərə baxıldı. Partiya üzvlərinin yekdil qərarı ilə Elmin Zamanov yenidən ərazi partiya təşkilatının sədri, İsa Həsənov sədr müavinləri seçildilər.
Təşkilatın yeni sədri Elmin Zamanov çıxış edərək ona göstərilən yüksək etimada görə ərazi partiya təşkilatının üzvlərinə təşəkkürünü bildirdi və bu etimadı doğruldacağına söz verdi.
Hesaba-seçki yığıncağında yekun nitq söyləyən Vüsar İsmayılov ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavinlərini təbrik edərək gələcək işlərində uğurlar arzuladı və tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, son illərdə ölkəmizdə, eləcə də Binəqədi rayonunda həyata keçirilən uğurlu islahatlardan danışdı. Bütün bunların Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırdı.
Bineqedi.info
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin