Binəqədidə özünü binadan atan 13 yaşlı qız intihar etməzdən öncə məktub yazıb

0

Dekabrın 1-də Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində özünü yaşadığı çoxmərtəbəli binadan atan 13 yaşlı qız vəfat edib.

Bineqedi.info publika.az-a xəbər verir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən Abdullazadə Z.A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.

Bildirilib ki, orta məktəbin 7-ci sinif şagirdi olan Z.A özünü öldürməzdən əvvəl məktub yazıb. O, evdə qoyduğu kağızda “Kim istəyirsə, arxamca gəlsin” sözlərini yazıb.

Həmçinin məlum olub ki, yeniyetmə qız intihar etməmişdən əvvəl bəzənib və məclis paltarı geyinib. Onda ağır psixoloji travmanın yarandığı və bu səbəbdən məlum addımı atdığı qeyd edilir.

Hadisə vaxtı Z.A binanın birinci mərtəbəsində yerləşən uşaq bağçasının üzərinə düşüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin