Binəqədi ərazisində monitorinqlər davam etdirilir

0

Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrində “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir. Bineqedi.info-ya verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİH başçısı nümayəndəliklərininin, rayon ərazisində fəaliyyət göstərən Bələdiyyələrin və hüquq mühafizə orqanlarının məsul əməkdaşları tərəfindən rayon ərazisində monitorinqlər davam etdirilir. Eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu və dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyü, eləcə də bununla bağlı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah olunur.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin