Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb.
Bineqedi.info saytı FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.