Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs məsuliyyətə cəlb olunub

0
bineqedi-rayon-polis-bolmesi

Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs məsuliyyətə cəlb olunub.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif vaxtlarda rayon ərazisində iki həyətdən dəmir borular, kombi hissələri, R.Xədərova məxsus velosipedi və A.Süleymanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Bağırov rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bineqedi.info