Binəqədidə sakinlərə yüksək xidmət göstərilməsi barədə tapşırıq verildi – FOTOLAR

0
bineqedi-istilik-reyd
Qış mövsümünün başlaması ilə əlaqədar olaraq rayon ərazisində yerləşən qazaxanalarda qışa hazırlıq işləri tamamlanmaq üzrədir.
Bineqedi.info saytına verilən məlumata görə, rayonumuzun 3 İstilik Sistemləri İstismar Sahəsi üzrə 34 məhəllədaxili qazanxana və 6 istilik məntəqəsi fəaliyyət göstərir mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Azər Kərimov, Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərov, Binəqədi Rayon İstilik İdarəsinin rəisi Rövşən Tağıyev ərazi üzrə İstilik Sistemləri İstismar sahəsinin əksəriyyət qazanxanalarında olub, havaların kəskin soyuması ilə əlaqədar olaraq sakinlərin istilik təchizatının mövcud vəziyyəti ilə maraqlanıb, sakinlərə yüksək xidmət göstərilməsi barədə müvafiq tapşırıqlar veriblər.
Keçirilən reydlərdə məqsəd qazanxanaların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün lazım olan bütün texniki şərtlərin vacibliyi, eləcə də qaz, su, istilik və elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi məqsədilə bütün mümkün olan vasitələrdən maksimum istifadə edilməsidir.
Bineqedi.info
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi ve iç mekan görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir