Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

0
hava-proqnozu

Noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Bineqedi.info saytı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, arabir yağıntılı olacağı ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.