Binəqədi rayonu Xocasən və Müşfiqabad qəsəbələrində ağac əkilib – Fotolar

0

Azərbaycan “Gələcəyə nəfəs ol!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulmuşdur.
Türkiyənin həmin nəcib aksiyasına töhfə vermək üçün ölkəmizdə 111 min ağacın əkilməsi planlaşdırılıb.

Bineqedi.info-ya verilən məlumata görə, aksiya çərçivəsində noyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və könüllülərin iştirakı ilə Binəqədi rayonu Xocasən və Müşfiqabad qəsəbələrində ağac əkilmişdir.

Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları, eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə öz töhfəsini verəcəkdir.

Bineqedi.info

Bineqedi - agac

Bineqedi agac