Binəqədidə “Mənim bayrağım” mövzusunda şeir müsabiqəsi keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi rayon 6 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzində 9 noyabr – Bayraq Günü münasibətilə “Mənim bayrağım” mövzusunda şeir müsabiqəsi keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, 09 Noyabr – “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nün qeyd olunması, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında dövlət atributlarının təbliği, istedadlı şagirdlərin bədii-qiraət sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Müsabiqədə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Metodiki şöbəsinin müdiri Mahirə Əliyeva, Metodist Cəmilə Alıyeva, “Bədii-qiraət” dərnəyinin rəhbəri Çinarə Kərimli və Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.

Müsabiqənin nəticəsinə əsasən;
Orta yaş qrupu üzrə:

1. Aydan Novruzova -299 nömrəli məktəb-liseyin 8c sinif şagirdi- 1-ci yer;
2. Yəhyazadə Şəms – 6 n-li UGİM – 2-ci yer;
3. Əsgərova Ayla- 314 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi- 3-cü yerə layiq görülmüşlər.

Böyük yaş qrupu üzrə;

1. Əliyeva Xanım- 297 nömrəli tam orta məktəbin -8a sinif şagirdi- 1-ci yer;
2. Hüseynzadə Zəhra, Hüseynov Əli- 182 nömrəli məktəbin şagirdləri-​ 2-ci yer;
3. Əliyev Fərid- 205 nömrəli tam orta məktəbin -5b sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.
.

Müsabiqədə fərqlənən iştirakçılar:

1. Sadıxbəyli Mehran- 135 nömrəli tam orta məktəbin 7b sinif şagirdi
2. Kərimli Şəms-83 nömrəli məktəb-liseyin 9b sinif şagirdi
3. Manafov Ağamusa- UGİM
4. Cəlilova Fidan- 284 nömrəli tam orta məktəbin 8b sinif şagirdi
5. Qəmbərov Amin -300 nömrəli tam orta məktəbin 6d sinif şagirdi
6. Əhmədov Şahin- UGİM
7. Əhmədov Ramin -UGİM
8. Mirzəyeva Zəhra -UGİM
9. Ərəblinski Banu -99 nömrəli tam orta məktəbin 6d sinif şagirdi
10. Əhmədova Mənzər- 276 nömrəli tam orta məktəbin 8c sinif şagirdi
11. Məcidova Ayla – 306 nömrəli tam orta məktəbin 10a sinif şagirdi.

Müsabiqədə Qalib gələn və Fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom” və “Fərqlənmə Diplomu” ilə mükafatlandırılmışlar.

Bineqedi.info