Binəqədidə 65 yaşlı qoca döyülüb, vəziyyəti ağırdır

0
bineqedi-tecili-yardim

Bakıda 65 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü X. Həşim Əjdər oğlu tanıdığı şəxs tərəfindən döyülüb. O, təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Xəzriyə qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və beyinin daxili qan sızması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, cərrahi əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.