Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş şeir – Həsrət bitdi, Qarabağ!

0
veten-muharibesi-qarabag1

Həsrət bitdi, Qarabağ

Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.

***
44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.

***
Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.
***
Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.

***
Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.

Müəllif: Nicat İsmayılov,
“Xəzər TV”nin redaktoru

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin