Binəqədidə keçirilən onlayn inşa-yazı müsabiqəsinin nəticələri açıqlanıb

0

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 13-20 sentyabr 2021-ci il tarixlərində “27 sentyabr – Anım günü” ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müzəffər ordumuzun zəfər yürüşü” adlı onlayn inşa-yazı müsabiqəsi keçirilmişdir. Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarının tanıdılması, böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması, ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

– Müsabiqənin nəticəsinə əsasən;
Kiçik yaş qrupu üzrə:

1.Əhmədova Hökumə -135 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi -1-ci yer;
2.Mahmudova Xədicə -301 nömrəli tam orta məktəbin 3b sinif şagirdi – 2-ci yer;
3.Şərifova Aylin- 103 nömrəli tam orta məktəbin 3c sinif şagirdi -3-cü yerə layiq görülmüşlər.

Orta yaş qrupu üzrə;
1.Mirzəyeva Nərgiz – 297 nömrəli tam orta məktəbin 8a sinif şagirdi – 1-ci yer;
2.Həsənova Elnarə -30 nömrəli tam orta məktəbin 7a sinif şagirdi – 2-ci yer;
3.Bayramova Səadət -103 nömrəli tam orta məktəbin 7d sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.

Böyük yaş qrupu üzrə:
1.Ağamalıyeva Zenfira -301 nömrəli tam orta məktəbin 9a sinif şagirdi 1-ci yer;
2.Paşayeva Xəyalə-284 nömrəli tam orta məktəbin 10ə sinif şagirdi 2-ci yer;
3.Həmidova Səidə-298 nömrəli tam orta məktəbin 10b sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.

Müsabiqədə fərqlənən iştirakçılar:
1.Şərbətov Məhəmməd -301 nömrəli tam orta məktəbin 4c sinif şagirdi
2.Qurbanov Rəsul-301 nömrəli tam orta məktəbin 3b sinif şagirdi
3.Mamedova Nərmi-100 nömrəli tam orta məktəbin 6a sinif şagirdi
4.Hacızadə Zeynəb-100 nömrəli tam orta məktəbin 8d sinif şagirdi
5.Quliyeva Nərmin-115 nömrəli tam orta məktəbin 6a sinif şagirdi
6.İsmayılzadə Xədicə-126 nömrəli tam orta məktəbin 6a sinif şagirdi
7.Cəfərova Aişə-179 nömrəli tam orta məktəbin 8a sinif şagirdi
8.Əzimova Çinarə-205 nömrəli tam orta məktəbin 7a sinif şagirdi
9.Xəlilova Aysu-246 nömrəli məktəb-liseyin 7b sinif şagirdi
10.Göyüşova Leyla-297 nömrəli tam orta məktəbin 8ç sinif şagirdi
11.Əlizadə Sevil-297 nömrəli tam orta məktəbin 7a sinif şagirdi
12.Qurbanzadə Rəfiqə-301 nömrəli tam orta məktəbin 9a sinif şagirdi
13.Gülcan Əhmədli 314 nömrəli tam orta məktəbin 7a sinif şagirdi
14.Məhərrəmova Həqiqə 314 nömrəli tam orta məktəbin 7d sinif şagirdi
15.Musayeva Nəzrin 298 nömrəli tam orta məktəbin 9ç sinif şagirdi
16.Şahbazlı Nərmin 99 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
17.Nəsirli Səid 217 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
18.Ələsgərli Fidan 246 nömrəli məktəb-liseyin 9b sinif şagirdi
19.Əliyev Polad 297 nömrəli tam orta məktəbin 9d sinif şagirdi

Müsabiqədə qalib olan və fərqlənən hər bir iştirakçını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

Müsabiqədə yer tutan və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom”, “Fərqlənmə Diplomu” ilə mükafatlandırılmışlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin