Binəqədidə onlayn tədbir keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin, Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” SXM-nin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə, eyni zamanda vətənpərvərlik tərbiyəsinin təbliği” mövzusunda onlayn tədbir keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, DQİDK-nin Bakı şəhər şöbəsinin məsul əməkdaşı Amal Məlikov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, “Binəqədi rayon Gənclər Evi” SXM-nin direktoru Ələkbər Mustafayev, “Heydər” məscidinin axundu Rüfət Qarayev və rayon gəncləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov dövlətin və cəmiyyətin dini radikalizmin təhlükəsindən qorunması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini bildirdi. E.Məmmədov ölkəmizdə mövcud olan dövlət-din münasibətləri sahəsində aparılan uğurlu ideoloji fəaliyyət haqqında da danışdı.
Daha sonra çıxış edənlər gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün təhsilin və sağlam həyat keçirməyin önəmini vurğuladılar. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, dini radikalizm meyillərinə qarşı məlumatlı olmağın önəmini diqqətə çatdırdılar.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin