Binəqədi rayonunda sərnişin avtobusu velosiped sürən şəxsi vurub

0
tecili yardim

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində velosiped sürən qəsəbə sakini Hüseyn Kərimov İmişli rayon sakini E.Quliyevun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu ilə vurulub.
Bineqedi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində H.Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin