Binəqədidə “Müzəffər ordumuzun zəfər yürüşü” adlı onlayn rəsm müsabiqəsi keçirilir

0

Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 13-20 sentyabr 2021-ci il tarixlərində “27 sentyabr-Anım günü” ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müzəffər ordumuzun zəfər yürüşü” adlı onlayn rəsm müsabiqəsinə start verilir.

Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd:
– Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi;
-Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarınln tanıdılması;
-Böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması;
– Ordumuzun möhtəşəm qələbgələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması;
– Yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması;
– İstedadlı şağırdlərin rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması.
Müsabiqəyə təqdim olunmuş rəsmlər təşkilatçılar tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilir.
– Müsabiqədə orta məktəb şagirdləri, yeniyetmə və gənclər və rəsm studiyalarının uşaqları iştirak edə bilər;
– Rəsm işləri A3 formatından kiçik olmamaq şərti ilə ağ-qara və yaxud rəngli ola bilər;
– Rəsm işlərinin üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı qeyd olunmalıdır;
– Müsabiqədə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.
Qeyd; İştirakçılar rəsm işlərini onlayn qaydada 13-20 sentyabr 2021-ci il tarixlərində İdarənin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin