Binəqədidə qazilərə dəstək məqsədilə görüşlər davam edir

0

Binəqədi rayonunda şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının ziyarəti davam edir.
Bineqedi.info-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov Vətən müharibəsi iştirakçısı qazi Zaur Nazim oğlu Kəlbiyevi ziyarət etdi. Görüş zamanı Səməndər Mənəfov Z.Kəlbiyevin qayğı və problemləri ilə maraqlanmışdır.
Qeyd edək ki, Zaur Kəlbiyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin