Binəqədidə “KamAZ” piyadanı vurub

0
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

“KamAZ” yolu keçən 1986-cı il təvəllüdlü Mütəllimov Aslan Mövsüm oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin