Binəqədidə şəhidlərin xatirəsinə həsr olunmuş “Stolüstü tennis” turniri keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 276 №-li tam orta məktəbdə Binəqədi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Stolüstü tennis” turniri keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, “Stolüstü tennis” turnirinin nəticəsinə əsasən 1-ci yeri Şıxıyev Murad , 2-ci yeri Mürşüdlü Ziya , 3-cü yeri Eyvazov Teymur tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin