Təcili tibbi yardım üçün həkimlər axtarılır

0
tecili yardim

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçi axtarır.

Bineqedi.info saytı xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

İşçilərdən ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsi, diplom, internatura vəsiqəsi, sertifikat və əmək kitabçası tələb olunur.