Binəqədidə Şəhid Heydərov Rafiqin xatirəsinə şahmat turniri keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 avqust 2021-ci il tarixində 157 №-li tam orta məktəbdə şəhid Heydərov Rafiq Rahim oğlunun əziz xatirəsinə həsr olunmuş “Şahmat” turniri keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, turnirin açılışını Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev etdi. İlk növbədə qonaqları salamladıqdan sonra şəhid Heydərov Rafiq Rahim oğlu haqqında danışıldı. Ardından söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfova verildi və o da şəhid haqqında öz sözlərini dedikdən sonra şəhidin ailə üzvünə xatirə diplomu verildi. Sonda isə söz şəhidin məktəb müəllimi Zabitə İsmayılovaya verildi və şəhidin məktəb illərində olan xatirələrindən söz edildi.
“Şahmat” turnirinin nəticəsinə əsasən 13 yaşa qədər yeniyetmələrdə 1-ci yeri Əhmədov Malik, 2-ci yeri Məhərrəmli Tural, 3-cü yeri Şirinov Kənan tutmuşdur. 14-16 yaş kategorayisanda isə 1-ci yeri Ələsgərova Səbinə, 2-ci yeri İmanquliyev İsmayıl, 3-cü yeri Məmmədova Nuray tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin