Binəqədi rayonunda üç evdən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub

0
bineqedi polis idaresi

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.İbrahimov saxlanılıb.
Bineqedi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun barəsində aparılan tədbirlərlə həmin şəxsin müxtəlif vaxtlarda üç evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin