“ASAN xidmət” əməkdaşları arasında mini futbol turniri keçirilib

0

“ASAN xidmət” əməkdaşları arasında təşkil olunan 2-ci mini futbol turnirinin final mərhələsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bineqedi.info-ya verilən məlumata görə, turnirin final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.
Turnirin final mərhələsinin qalibi Quba “ASAN xidmət” mərkəzinin komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq İmişli “ASAN xidmət”in və 1 saylı “ASAN kommunal” mərkəzinin komandası tutub.
Ümumilikdə iyulun 24-dən start verilən turnirdə 24 komanda iştirak edib.
Turnir “ASAN xidmət”in, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, həmçinin Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin