Binəqədidə 23 yaşlı gənc motosikletlə qəza törədib xəstəxanalıq oldu

0
motosikl

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Kamallı Tural Asim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobilə çırpılıb.

Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuğun və sol incik sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin