YAP Binəqədi rayon təşkilatı yeni üzvlərə vəsiqələr təqdim etdi

0

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindəki (ANAMA) ərazi ilk partiya təşkilatına yeni üzv olan əməkdaşlara xidməti vəsiqələrin təqdim olunması mərasimi keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən məlumat verilib ki, iclasda Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, eləcə də Agentliyin məsul əməkdaşları iştirak ediblər.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək partiyanın və Binəqədi rayon təşkilatının fəaliyyəti barədə məlumat verib.
Sonra Agentliyin partiyaya üzv olan 12 əməkdaşına üzvlük vəsiqələri təqdim edilib.
Həmçinin 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə YAP Binəqədi rayon təşkilatı tərəfindən ANAMA-nın əməkdaşı olan 4 nəfər gənc partiya üzvü fəxri fərmanla təltif olunub.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə işləri barədə məlumat verib. V.Süleymanov vurğulayıb ki, gələcəyə doğru inamla irəliləyən YAP Azərbaycanın inkişafı prosesində fəal iştirak edir. ANAMA Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlığı gələcəkdə də davam etdirəcək.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Agentliyin kollektivinə təhlükəli və eyni zamanda, şərəfli peşə fəaliyyətində uğurlar arzulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin