Binəqədinin qəhrəman oğlu – şəhid polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlu

0

Yaşar Füzuli oğlu Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Balabəhmənli kəndində dünyaya göz açmışdı. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil almışdı. Ailəli idi. Bir oğlu və bir qızı var.

Bineqedi.info-ya verilən məlumata görə, Yaşar Sadıqov 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdı. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaşar Sadıqov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Digər medalları:
1.Qüsursuz xidmətə görə III dərəcəli medalı – (26.06.2002) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
2.Qüsursuz xidmətə görə II dərəcəli medalı – (26.06.2007) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
3.Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı – (26.06.2008) -“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı
4.Qüsursuz xidmətə görə I dərəcəli medalı – (26.06.2012)- “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
5.Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı – (26.06.2013)- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı
6.Azərbaycan Silahlı Qüvvələri Veteranı medalı – (26.06.2017)- “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı
7.Медаль “100 лет (1918-2018) Азербайджанской Армии” (26.06.2018) -“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı
8.(24.06.2021) -“Vətən uğrunda” medalı (ölümündən sonra)
9.(24.06.2021) – “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra)
10 avqust 2021 -ci il tarixində II Fəxri Xiyabanda şəhid polkovnik-leytenant Yaşar Sadıqovun anım mərasimi keçirilmişdir. Mərasimdə şəhidin ailə üzvləri, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Füzuli Rayon İcra Hakimiyyəti başçısının I müavini Bağır Aslanov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Anar Əliyev və rayonun fəal gəncləri iştirak edirdilər.
Tədbirdə çıxış edən natiqlər şəhidin valideynlərinə vətənə layiqli oğul böyütdüklərinə görə minnətdarlığını bildirərək, Vətən müharibəsinin əhəmiyyətindən, bu müharibədə qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd edərək, qələbə şəhidlərinin sıralarında adı və xidmətləri ilə həmişə iftixarla xatırlanacaq polkovnik-leytenant Yaşar Sadıqovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını söylədilər.
Mərasimdən sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov şəhidin ailəsini ziyarət etdilər. Füzuli ata, Əsli ana Şəhid övladları haqqında xatirələrini bölüşdülər və ziyarətçilər ailənin problemləri ilə maraqlandılar.
Vətənimizin bütövlüyü, torpaqlarımız uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Allah rəhmət eləsin!

Bineqedi shehid

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin