Binəqədidə “Bacarıqlı əllər” müsabiqəsinə start verilir

0

Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 04-13 avqust 2021-ci il tarixlərində 12 avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bacarıqlı əllər” müsabiqəsinə start verilir. Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər.
Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd: – Məktəblilərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili;
-Bacarıqlı yeniyetmə və gənclərin öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır .
-Müsabiqəyə iştirakçılar müxtəlif işlərlə (toxuma, tikmə, oyma sənəti, taxtadan, kartondan və ya dəmirdən düzəlmiş müxtəlif fiqurlarla) qatıla bilərlər. -İştirakçılar əl işlərinin şəklini çəkib onlayn qaydada 04-13 avqust 2021-ci il tarixlərində idarənin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin