Binəqədidə şəhid ailələrinin ziyarəti davam edir

0

Binəqədi rayonunda mütamadi olaraq Vətən müharibəsi zamanı qəhrəmancasına ən ali Zirvə-Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələri, həmçinin, sağlamlığını itirmiş qazilərimiz və onların ailə üzvləri ziyarət edilir.
Bineqedi.info-ya verilən məlumata görə, Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, həmçinin “Narınc Pisxologiya Mərkəzi”, “İstehsalat texniki Komplektləşdirmə” MMC, ”Bakı Tekstil Fabriki”, ”AKABE” inşaat, ”SAFA” Holdinq, Monto Kristo” şadlıq evi ərazi ilk partiya təşkilatlarının məsul nümayəndələrinin iştirakı ilə “Qurban bayramı” ərəfəsində Şəhid ailələri ziyarət olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmışdır.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin