Binəqədidə telefon rabitə xətti oğurlayan qardaşlar saxlanıldı

0
altinci-polis-bolmesi

Binəqədi rayonunda telefon rabitə xəttini oğurlayan qardaşlar saxlanılıb.

Bineqedi.info-nun məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Mirağa və Mirsamir Birbalazadə tutulub.

Qardaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Bakı Şəhər Telefon İstehsal Birliyinə məxsus ümumi dəyəri 1 092 manat olan 185 metr uzunluğunda telefon rabitə xəttini oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin