Binəqədidə “Vətənim Azərbaycan” adlı onlayn rəsm müsabiqəsinə start verilir

0

14-22 iyul 2021-ci il tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə “Vətənim Azərbaycan” mövzusunda onlayn rəsm müsabiqəsinə start verilir.

Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, istedadlı şağırdlərin rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.

Müsabiqənin keçirilməsi qaydaları:

– Müsabiqədə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri, yeniyetmə və gənclər, rəsm studiyalarının uşaqları iştirak edə bilər;
– Çəkilmiş rəsm işləri A3 formatından kiçik olmamaq şərti ilə ağ-qara və yaxud rəngli ola bilər;
– Rəsm işlərinin üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı qeyd olunmalıdır;
– İştirakçıların çəkdikləri rəsm işləri onlayn qaydada 14-22 iyul 2021-ci il tarixlərində idarənin whatsapp nömrəsinə *077 228 00 70* göndərilməlidir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin