Binəqədidə “Şahmat” turniri keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəsisəsində ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin 52-ci ildönümünə həsr olunmuş “Şahmat” turniri keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, “Şahmat” turnirinin nəticəsinə əsasən 1-ci yeri “Vətən” komandası , 2-ci yeri “Polad” komandası, 3-cü yeri “Vəzir” komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Əlizadə Cəlil, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin