Binəqədidə “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib – Fotolar

0

İyulun 13-də Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda  ilk dəfə siyasi hakimiyyətə  gəlişinin 52-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov, millət vəkili, Regional məsələlər Komitəsinin üzvü Səbinə Xasayeva, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, icra başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustayev, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri və rayon gəncləri iştirak ediblər.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin büstünün qarşısına əklil qoyulub. Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı videoçarxın nümayişindən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirib ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub.

Daha sonra Vüqar Rəhimzadə geniş məruzə nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə edib ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub.

Daha sonra çıxış edən digər natiqlər – Kəmaləddin Qafarov, Səbinə Xasayeva və Ramiz Göyüşov  Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat veriblər.

Bineqedi.info


Bineqedi tedbir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin