Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi intihar edib

0
sahib-mirzeyev-general

Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Bineqedi.info xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

S. Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib.

Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb.

Mətbuat Xidmətindan verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.