Binəqədidə 41 yaşlı kişini avtomobil vurdu, vəziyyəti ağırdır

0
hadise

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Sulutəpə qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü, İbrahimov Xəyyam Bəhlul oğlunu yüksək sürətlə hərəkət edən minik avtomobili vurub. Hadisə yerində ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin