Azərbaycanda baş həkim və üç direktor vəzifəsindən azad edildi – RƏSMİ

0

Saxta əlillik təyinatı ilə bağlı baş həkim vəzifəsindən azad edilib.

Bineqedi.info saytı Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikasının baş həkimi, Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanalarının direktorları, Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının Həkim Məsləhət Komissiyalarının 12 üzvü vəzifə icrası zamanı yol verdikləri ciddi nöqsanlar səbəbindən tutduqları vəzifələrdən azad edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin