Binəqədidə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qəhrəmanlar” adlı tədbir keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə aprel şəhidləri Emin Bağırovun atası İmran Bağırov, Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı, şəhid polkovnik-leytenant Anar Mehman oğlu Şükürovun həyat yoldaşı Şəmsiyyə Şükürova və oğlu Ümid Şükürlü, polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva və oğlu Fuad Tağıyev, şəhid baş leytenant Elçin Əvəz oğlu Əzizovun həyat yoldaşı Sevda Orucova və oğlu Yusif Əzizli, şəhid gizir Ramin Hüseynovun atası Qüdrət Hüseynov, şəhid əsgər Vahid Abbasovun atası Sahib Abbasov, Vətən müharibəsi iştirakçıları Ruslan Vaqif oğlu Şıxıyev, Ceyhun Müşqilat oğlu Sədrayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev iştirak edirdilər.
Tədbir 44 günlük Vətən Müharibəsində qazanılan qələbinin vacib bir aspektinə işıq salan “Dəmir yumruq” adlı filminin nümayiş etdirilməsi ilə açıq elan olundu.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında saxladığı doğma torpaqlarımızı azad etdi. “Azərbaycan Ordusu həmin müharibədə şanlı tarix yazaraq, dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti ilə dünyanın qüdrətli orduları sırasında olduğunu bir daha nümayiş etdirdi. Bu gün xalqımız Ordumuzla iftixar hissi keçirir.” Sevinc Süleymanova həmçinin əlavə etdi ki, Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.
Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızın doğmaları öz çıxışlarında igid övladlarının şərəfli həyat yolundan bəhs edərək, şəhidliyin böyük, əlçatmaz zirvə olduğunu bildirdilər. Həmçinin, Vətən, torpaq uğrunda şəhid olan oğullarımızla fəxr etdiklərini əlavə etdilər.
Tədbirdə çıxış edən Vətən müharibəsi qaziləri öz xatirələrini bölüşərək qeyd etdilər ki, Vətən müharibəsində iştirak etmək üçün Qarabağa yollanarkən bu barədə ailələrimizə heç bir məlumat vermədik. Çünki yaxşı dərk edirdik ki, biz getsək də, burada qalan ailə üzvlərimiz diqqət və qayğı ilə əhatə olunacaqdır. Buna görə də döyüş əməliyyatlarında ailələrimiz üçün heç bir narahatlıq keçirmədən tapşırıqları uğurla yerinə yetirib, qələbəyə doğru irəlilədik.
Vətən müharibəsində ən uca Zirvə- Şəhidlik zivəsinə ucalan qəhrəmanlarımız- Anar Şükürlünün oğlu Ümid Şükürlü, Ruslan Tağıyevin oğlu Fuad Tağıyev, Elçin Əzizovun oğlu Yusif Əzizli, çıxışlarında “Atamızın Vətən və millət adına gördüyü işlər təkcə bizim üçün deyil, bütün xalqımız üçün böyük iftixardır. Hər dəfə atamızın döyüşdəki xatirələrini eşidəndə qürurlanırıq. Biz çox istərdik ki, atamız sağ olsun, bizimlə, ailəsi ilə birgə olsun. Çalışacağıq ki, bundan sonrakı bütün fəaliyyətimizdə atamızın adına layiq olaq. Necə ki, onlar Vətəni üçün əsl ləyaqətli oğul oldular” deyə, öz xatirələrini və fikirlərini bölüşdülər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildirdilər.
Sonda Ramiz Göyüşov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından bəhs edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğu, silahlı qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi, hərbi kadrların hazırlanması daim diqqətdə saxlanılmışdır. Ramiz Göyüşov əlavə etdi ki, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 illik işğala son qoyan ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistan ordusunun “məğlubedilməzliyi haqqında mifi” darmadağın etdiyini bildirdi.
Qeyd edək ki, bu il “26 İyun- Silahlı Qüvvələr günü”nün xüsusi qürur hissi ilə qeyd edirik. Zaman-zaman igidlərimizi itirdik Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Tədbirdən öncə RİH başçısı Aparatının, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin, RİH başçısının Qəsəbə və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin və Bələdiyyələrin rəsmi nümayəndələri, həmçinin rayonun fəal gəncləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi zamanı ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarlarını ziyarət edərək onların əziz xatirəsini yad etdilər.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin