Binəqədi bələdiyyələri ilə Türkiyə bələdiyyələri arasında əməkdaşlıq inkişaf edir

0

Binəqədi bələdiyyələri ilə Türkiyə Bələdiyyələr Birliyi və qardaşlaşmış bələdiyyə olan Keçiörən Bələdiyyəsi arasında ikitərəfli görüşlər davam etdirilir.
Bineqedi.info-ya verilən məlumata görə, növbəti dəfə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə Türkiyə Bələdiyyələr Birliyi arasında mövcud olan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Türkiyə Bələdiyyələr Birliyinin dəvətini nəzərə alaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Binəqədi Rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov və Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova Türkiyə Respublikasının Ankara şəhərinə ezam olunaraq, 7-11 iyun 2021-ci il tarixlərində ikitərəfli görüşlər çərçivəsində keçirilmiş konfransda iştirak etmişlər.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin