Binəqədidə avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi

0

Bakıda xəsarətlə nəticələnən növbəti yol nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yaşadığı evin həyətində 2020-ci il təvəllüdlü, Vaskov Artemuy Dmitriviç qəfildən avtomobilin qarşısına qaçıb, bu zaman hərəkətdə olan avtomobil körpənin ayağının üzərindən keçib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin