Binəqədidə binadakı yanğında 12 nəfər təxliyyə edildi

0
yangin

Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib. 

Bineqedi.info xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb.

Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.info