Binəqədidə “Nizami Gəncəvi İli” ilə bağlı tədbir keçirilib – Fotolar

0

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezidentin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən və 23 Aprel- “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Nizami Gəncəvi irsində: Söz, Kitab və Mütaliə” adlı onlayn tədbir keçirilib. 

Bineqedi.info saytı xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Təhminə Bədəlova, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev, Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Komplektləşdirilməsi şöbəsinin müdiri Fəridə Hüseynova, Binəqədi Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı və filialların müdirləri, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, orta ümumtəhsil məktəblərinin direktorları, Azərbaycan dili və ədəbiyyat müəllimləri, şagirdlər, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, mədəniyyət müəssisələrinin və ictimai birliklərin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova çıxışında bildirib ki, böyük hikmət sahibi Nizami Gəncəvinin şeirlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, həmçinin şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyini xüsusilə vurğulanıb.

Tədbir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri və məktəb şagirdlərini maraqlandıran sualları qonaqlar tərəfindən cavablandırmaqla diskusiya formatında davam edib.

Bineqedi.info



BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin