“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub – PDF variantını buradan yükləmək olar

0
orfografiya-sonuncu-yeddinci-nesr-pdf-yukle

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşıları tərtib etmişlər.
Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorlar filologiya elmləri doktoru, proefessor ismayıl Məmmədli və filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin rəyçiləri filologiya elmləri doktoru, professorlar Buludxan Xəlilov və Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovadır.
Lüğətə 5000-dən çox söz daxil edilmişdir. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç,paylaşım, tanıtım, uzadıcı və s.
Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş və 3 noyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə müasir dövrdə inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, logistika, idman, kulinariya və turizm terminləri də verilmişdir.
Lüğətin yeni nəşrində dünya təcrübəsinə əsasən dialekt leksikasına, danışıqda işlənən sözlərə də müəyyən yer ayrılmışdır.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün tez-tez nəzərə çarpan sinonimlərinin verilməsi halları yeni nəşrdə aradan qaldırılmışdır. Məsələn, dildə işlənmək vəziyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorium-yetersay, plyaj-çimərlik, svetofor-işıqfor, vzvod-taqım, yubka-ətək kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanmışdır.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün müxtəlif variantlarına rast gəlmək mümkündür. Altın-altun, qaboy-qoboy, təlmə-tələsik-tələm-tələsik. Lüğətin yeni nəşrində yuxarıdakı nümunələrin ikinci variantları saxlanılmış, çoxvaruantlılıq aradan qaldırılmışdır.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrinin PDF variantını yükləmək mümkündür. Bunun üçün aşağıda təqdim etdiyimiz linkə daxil olun.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrinin PDF yüklə

http://dilcilik.az/sozlukler/Orfoqrafiya_2021.pdf

7-ci-nesr-orfoqrafiya-luget-pdf-variant-pdf

http://dilcilik.az/sozlukler/Orfoqrafiya_2021.pdf

Azərbaycan dilinin orfoqrafiya lüğəti-2020-2021-pdf-PDF-yukle

orfoqrafiya-lugeti-7-ci-nesr-Azərbaycan-dilinin-orfoqrafiya-lüğəti-yeni-PDF-[PDF]

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin