Binəqədili şəhidin məzarı və ailəsi ziyarət olundu – FOTOLAR

0
sehid-nihat-rzaxanov
Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində anadan olub.
Bineqedi.info saytına verilən məlumata görə, 2008-ci ildə Şəhid Seymur Məmmədov adına 301 saylı orta məktəbə daxil olub, 9 il təhsil aldıqdan sonra işləməyə başlayıb.
2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və 2020-ci il oktyabr ayında hərbi xidməti başa çatmalı olsa da, könüllü olaraq, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib.
Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
7 noyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nihat Rzazadə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin fəalları, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Biləcəri Bələdiyyəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları və digər əməkdaşlar şəhidimiz Nihat Natiq oğlu Rzaxanovun doğum günü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər.
Bineqedi.info
Bir 5 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, abidə və açıq Havada şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və açıq Havada şəkili ola bilər
Bir 12 nəfər, ayaqüstə duran insanlar və açıq Havada şəkili ola bilər
Bir 1 nəfər, açıq Havada və abidə şəkili ola bilər
Bir 1 nəfər, açıq Havada və abidə şəkili ola bilər
Bir 1 nəfər, açıq Havada və abidə şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin