Binəqədi rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib – Fotolar

0
bineqedi-rayonu-zerife-xanim
Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.
Bineqedi.info saytına verilən məlumata görə, öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın tərəfindən rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva adına istirahət parkındakı görkəmli oftolmoloq-alimin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Yaddaşlarda gözəl alim, qayğıkeş insan, böyük ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb.
Anım mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Tünzalə Zeynalova və YAP Qadınlar şurasının idarə heyətinin üzvləri, BRİH Başçısı Aparatının əməkdaşları, Binəqədi rayonunda fəaliyyət göstərən idarə və tibb müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Vurğulanıb ki, Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Bineqedi.info
Bir 2 kişi, ayakta duran insanlar, açık hava ve anıt görseli olabilir
Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir
Bir 1 kişi, ayakta, açık hava ve anıt görseli olabilir
Bir 1 kişi, ayakta, anıt ve açık hava görseli olabilir
Bir bir veya daha fazla kişi, ayakta duran insanlar, açık hava ve anıt görseli olabilir
Bir 1 kişi, ayakta, açık hava ve anıt görseli olabilir
Bir ayakta, anıt ve açık hava görseli olabilir
Bir 1 kişi, ayakta, açık hava ve anıt görseli olabilir
Bir 1 kişi, ayakta, açık hava ve anıt görseli olabilir
Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin