Binəqədi Gənclər Evi “Könüllülük Akademiyası4” layihəsinin icrasına başlayır

0
bineqedi-gencler-evi

Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Könüllülər Akademiyası4 (#GəncLiderlərimİZ) layihəsinə start veriləcək.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Gənclər Evindən bildiriblər ki, layihəyə 2 ay müddətində onlayn formatda 50-dən çox könüllü gənc qatılacaq.
Layihəni uğurla başa vuran könüllülər xüsusi diplomla təltif olunacaq və könüllülük fəaliyyətini davam etdirmək üçün müvafiq qurumlara yönləndiriləcəklər.
Əsas məqsəd könüllülük hərəkatını genişləndirmək, Binəqədi Gənclər Evinin fəaliyyətində gənclərin imkanlarını və rolunu artırmaq, müvafiq qurumlar tərəfindən keçirilən gəncyönümlü tədbirlərdə və fəaliyyətlərdə gənclərin inkişafına yeni töhfələr verməyə imkan yaratmaq, gənclərə layihə müddətində fərdi layihələrini həyata keçirmək şansı verməkdir.
Layihəyə 14-29 yaşında olan gənclər, bakalavr və magistratura təhsili alan tələbələr, məzunlar qeydiyyatdan keçməklə qoşula bilərlər.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin