Binəqədidə qaz təchizatında fasilə yarandı – Foto

0

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.

Bineqedi.info saytı xəbər verir ki, qəza səbəbindən 1500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin, Şirvan şəhərinin Şirvani küçəsində də Şaqman markalı yük avtomobili qəza törədərək qaz xəttinin yol keçidi hissəsini yararsız hala salıb. 150-ə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qısa zamanda hər iki qəza ilə əlaqədar qeyd olunan ərazilərdə qaz təchizatının bərpası üçün təmir işləri aparılır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin